Idrak Technology Transfer




“İdrak LTD” şirkəti 1990-cı ildə təsis edilmişdir. 2003-cü ildə şirkət “İDRAK TEXNOLOJİ TRANSFER” MMC adı altında qeydiyyatdan keçmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiət edilməsidir. Şirkət aparat və proqram təminatının işlənib hazırlanması, istehsal, sistem inteqrasiyası, texniki xidmət və dəstək göstərilməsi sahəsində həllər təklif edir.    Şirkət B2B, B2G və B2C sahəsində strateji biznes həlli yollarınıda təqdim edir. Şirkətdə işlər ISO 9001 standartlarına tam uyğun şəkildə icra edilir. Məqsədimiz sifarişçilərə məhsulun yaradılma dövrünün bütün “İdeyadan məhsula qədər” mərhələlərini ozündə birləşdirən kompleks xidmətlərini təqdim etməkdir.

1990-cı ildən etibarən Şirkət dövlət qurumları ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində sürücülük vəsiqələrinin verilməsi sistemi, nəqliyyat vasitəsinin texniki pasportunun verilməsi sistemi, texniki baxışdan keçmə nişanlarının verilməsi sistemi və bu kimi dövlət və korporativ səviyyəli müxtəlif sistemləri tətbiq edilmişdir.

2000-ci illərin əvvəlindən Şirkət mürəkkəb informasiya sistemlərinin və proqram təminatının işlənib hazırlanması bazarında iştirak etməyə başlamışdır. Bu dövr ərzində aşağıdakı sistemlər hazırlanmış və tətbiq edilmişdir:

  • Milli şəxsiyyət vəsiqələrinin verilməsi sistemi (e-ID)
  • Elektron pasportların verilməsi sistemi (e-Passport)
  • Əcnəbi vətəndaşlara vizalarin verilməsi sistemi
  • Sərhəd-nəzarət sistemi
  • Təhlükəsizlik sistemləri - "Təhlükəsiz şəhər", "Təhlükəsiz region"
  • Yük daşımaların təhlükəsizliyi sistemi - “Elektron plomb”
  • Nəzarət olunan şəxslərin monitorinq sistemi - "ŞANS" və s.

Bu sistemlərin əksəriyyəti Azərbaycanda və bəzi MDB ölkələrindədə tətbiq olunur.

2014-cü ildə Şirkətdə müxtəlif aparat vasitələrinin dizaynı, modelləşdirilməsi və prototipinin hazırlanması ilə məşğul olan konstruktor şöbəsi yaradılmışdır.

2016-cı ildən etibarən Şirkətdə elektronikanın işlənib hazırlanması işlərinə başlanılmışdır.

2018-ci ildən "Ağıllı əşyalar fabriki" fəaliyyət göstərməyə başladımışdır. Bu fabrikdə innovativ texnologiyaların tətbiqi yolu ilə yüksək keyfiyyətli məhsullar istehsal etmək üçün müvafiq işlər aparılır.

Hİkmət Abdullayev
Müşahidə şurasının üzvü