12 martda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) Idarə Heyətinin üzvləri ilə görüş keçirmişdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda innovasiyaların inkişafı üçün böyük potensialın olduğunu bildirmişdir. Onun sözlərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində də innovasiyalara xüsusi diqqət yetirilir və bəzi uğurlu layihələr artıq reallaşdırılmaqdadır.
AZINNEX-in İdarə Heyətinin sədri Rauf Həsənov görüşdə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun yaradılmasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüskar rolunu qeyd eydi. R.Həsənov bildirdi ki, son illər Azərbaycanda həyata keçirilən islahatlar biznes mühitinin dəyişməsinə təsir göstərmişdir. Lakin Azərbaycan innovasiyalarının xarici bazarlarda rəqabətliliyini artırmaq üçün qanunvericilik bazası təkmilləşdirilməlidir.
İdarə Heyətinin üzvü Hikmət Abdullayev qlobal müstəvidə Azərbaycanın innovativ imicininin gücləndirilməsinin zəruriliyini qeyd etdi. O, həmçinin innovasiya sahəsində “beyin axınının” qarşısını almaq yollarından danışdı.
İdarə Heyətinin üzvü Elçin Əliyev texnologoiyaların Azərbaycanda tətbiqində yerli şirkətlərə üstünlük verməsinin dövlət büdcəsi üçün müsbət maliyyə effektinin olmasını bildirdi. Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun digər üzvləri Yana Krimpe, Məhəmməd Zülfüqarlı və İlham Namazov rəqabətədözmülü və elmi tutumlu innovasiyaların inkişafı üzrə beynəlxalq təcrübədən danışdılar.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin direktor vəzifəsini icra edən, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin üzvü Vüsal Rüstəmov Azərbaycanda vençur qanunvericiliyinin formalaşdırılmasının mühümlüyünü qeyd etdi. Onun sözlərinə görə, bu ölkədə ixracyönümlü innovativ məhsulların daha sürətlə yaradılmasını təmin edəcəkdir.