“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir. Mərkəz sosial yönümlü innovasiyalarla bağlı araşdırmaların aparılması, innovativ həllərin dövlət orqanları və biznes qurumları tərəfindən istifadəsi və tətbiqi üçün yaradılıb.
“ASAN Xidmət” mərkəzlərində, Agentliyin tabeliyindəki qurumlarda və digər təşkilatlarda innovativ həllərin tətbiqi və onlara texniki dəstəyin verilməsi, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi, bir çox təlim və treninqlərin keçirilməsi də mərkəzin məqsədlərindəndir.
Tel: (+994 12) 444 74 33
E-mail: v.rustamov@icenter.az