Azərbaycan İnnovasiyaları İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov “PAŞA Bank”-ın təşkil etdiyi “Telekommunikasiya və maliyyə xidmətləri sənayesi arasında sinerji” mövzusunda dəyirmi masasında iştirak etmişdir. PAŞA Bankın 15-illik fəaliyyətinə həsr olunmuş tədbirdə İKT sahəsinin hazırkı trendləri və gələcəyi, telekom və maliyyə sənayeləri arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.