7-8 avqust 2018-ci il tarixlərində Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Səfər çərçivəsində qonaqlar Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) fəaliyyəti ilə də tanış olublar.
Qonaqlara AZINNEX katibliyi və üzv şirkətlərinin nümayəndələri tərəfindən təqdimatlar edilib, xidmət və məhsullar haqqında geniş məlumat verilib.
Hal-hazırda Özbəkistan Respublikasında innovasiyaların inkişafı çərçivəsində aparılan islahatları nəzərə alaraq AZINNEX tərəfindən təqdim olunan məlumat qonaqlarda böyük maraq yaratmışdır. Görüş zamanı bir neçə istiqamət üzrə danışıqların davam etdirilməsinə qərar verilmiş, AZINNEX-in Özbəkistandakı fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.