22 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasına səfərə gələn Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan İnnovasiyaların İxracı konsorsiumunun katibliyi və bir neçə üzv şirkəti arasında görüş keçirilib.
Görüşün əsas məqsədi AZİNNEX-in üzv şirkətləri tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində təqdim olunan innovativ məhsul və həllər, xarici ölkalərə uğurlu ixrac təcrübələri haqda ətraflı məlumatların təqdim edilməsi və qarşılıqlı əməkdaşlığın müzakirəsi olmuşdur.
İlk növbədə qonaqlara AZİNNEX fəaliyyətinə həsr olunmuş təqdimat keçirilib. Ondan sonra konsorsiumun üzvləri “B.EST Solutions”, “SINAM” və “Neuron Technologies” şirkətləri təqdimatları keçirmişlər. Təqdim olunan məhsullar və həllər qonaqların böyük maraqına səbəb olmuşdur.
Görüş qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirələri ilə yekunlaşdırılıb.