BELARUS RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

27.09.2018
  • Tags:
BELARUS RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB


27 sentyabr 2018 il tarixində  Belarus Respublikasının “Milli Elektron Xidmət Mərkəzi” unitar Respublika müəssisəsi  nümayəndə heyəti “ASAN xidmət” təcrübəsi və Dövlət Agentliyi tərəfindən həyata keçirilən uğurlu layihələrlə tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olmuşdur
Səfər çərçivəsində qonaqların AZINNEX nümayəndələri ilə də görüşü keçirilmişdir.
Görüş zamanı  AZINNEX barədə geniş məlumat verilib, B.EST Solutions, Cybernet və Ultra Technologies şirkətlərinin nümayəndələri məhsul və həlləri haqqında təqdimatlar keçirmişlər.
Görüş qonaqlar tərəfində verilən sualların cavablandırılması və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirələri ilə yekunlaşdırılıb.