15-17 oktyabr tarixlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Monqolustan ixrac missiyası çərçivəsində AZİNNEX üzv şirkətləri Cybernet, Sinam, Neuron Technologies və İnnovasiyalar Mərkəzi iştirak etmişlər.
Səfər zamanı Monqolustan-Azərbaycan biznes forumu təşkil edilmişdir. Tədbirdə Monqolustanın müxtəlif dövlət təşkilatları ilə birlikdə Azərbaycanın 20-yə yaxın biznes şirkəti iştirak etmişlər. Forum iştirakçılarına AZİNNEX və Azərbaycanın Milli İnnovasiyaların ixrac potensialı haqda geniş məlumat verilmiş, təqdimat keçirilmişdir.
Forumdan sonra dəvət olunmuş şirkətlər arasında B2B formatda görüşlər keçirilmişdir. Missiya çərçivəsində AZİNNEX konsorsiumunun üzvləri bir sıra nazirlik və dövlət agentliklərin nümayəndələri ilə də faydalı görüşlər keçirmişlər. AZİNNEX tərəfindən təqdim olunan innovativ həllər və məhsullar qarşı tərəfin böyük marağına səbəb olmuşdur və gələcək layihələrin imkanları haqqda razılığa gəlinmişdir.