MƏRAKEŞ KRALLIĞININ NÜMAYƏNDƏ HEYƏTI ILƏ GÖRÜŞ KEÇIRILIB

29.10.2018
  • Tags:
MƏRAKEŞ KRALLIĞININ NÜMAYƏNDƏ HEYƏTI ILƏ GÖRÜŞ KEÇIRILIB

 

30 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd Bin Abdelkaderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.          

Səfər çərçivəsində qonaqların Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə də görüşü keçirilmişdir.

Görüş zamanı  AZINNEX barədə geniş məlumat verilib, konsorsium üzvü olan B.EST Solutions şirkətinin nümayəndələri məhsul və həlləri haqqında təqdimatlar keçirmişlər. Təqdim olunan məhsullar və həllər qonaqların böyük maraqına səbəb olmuşdur.

Görüş qonaqlar tərəfində verilən sualların cavablandırılması və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirələri ilə yekunlaşdırılıb.