AZINNEX NÜMAYƏNDƏSI İNDONEZIYADA KEÇIRILƏN BEYNƏLXALQ DÖVLƏT XIDMƏTLƏRI FORUMUNDA IŞTIRAK EDIB

15.11.2018
  • Tags:
AZINNEX NÜMAYƏNDƏSI İNDONEZIYADA KEÇIRILƏN BEYNƏLXALQ DÖVLƏT XIDMƏTLƏRI FORUMUNDA IŞTIRAK EDIB

 

7-8 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərlinin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə İndoneziyada  səfərdə olmuşlar. Nümayəndə heyətinin tərkibində AZİNNEX konsorsiumunun mütəxəssisi də daxil edilmişdir. Səfər İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri  cənab Siyafuddinin dəvəti ilə həyata keçirilmişdir.

Beynəlxalq Forumu İndoneziya Respublikasının vitse-prezidenti cənab Yusuf Kalla giriş nitqi ilə açıq elan etmişdir. Foruma çoxsaylı yerli iştirakçılarla birlikdə Koreya, Azərbaycan, Gürcüstan, Filippin, Hindistan, Estoniya, Dünya Bankı, Almaniya Beynəlxalq əməkdaşlıq üzrə Cəmiyyət (GİZ) və s dövlət və beynəlxalq təşkilatların nümayəndələri qatılmışlar.

Forum çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri ”İctimai xidmətin keyfiyyətinin yaxşılaşdırılması və idarə olunması” mövzusunda təqdimat etmiş. Həmin plenar iclasda AZİNNEX  konsorsiumunun mütəxəssisi Rəsul Əfəndiyev konsorsium haqqda geniş müzakirə etmiş, iştirakçıların verdiyi  sualları cavablandırmışdır.

Bundan əlavə bir sıra ikitərəfli görüşlər keçirilmişdir.  İnzibati və bürokratik islahaltlar nazirinin müavini x-m Dias Nataliza, Cakarta şəhərinin Dövlət xidmətləri mərkəzinin rəhbəri c-b Edi Cunayedi, KVB Global konsorsiumunun təmsilçisi və direktoru ilə görüşlərdə müvafiq olaraq ikitərəfli Anlaşma Memorandumunun gələcək implementasiyası üzrə birgə tədbirlər, əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Bütün bu görüşlərdə AZİNNEX konsorsiumunun nümayəndəsi də iştirak etmişdir.

Forum çərçivəsində dövlət xidmətləri sahəsində innovasiyalar mövzusunda sərgi də təşkil edilmişdir. Sərgidə ən çox maraqla qarşılanan beynəlxalq stendlər qismində Koreya Respublikası və Azərbaycan Respublikası nümayəndə heyətlərinə İndoneziya tərəfi adından təşəkkür və fərqlənmə diplomları təqdim edilmişdir.