AZİNNEX və Özbəkistanın Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

06.10.2019
  • Tags:
AZİNNEX  və Özbəkistanın Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZİNNEX) və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentlik yanında Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin sədri İlham Namazov və Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzinin direktoru Şahrəsul Şohazamiy tərəfindən imzalanmış  Memorandum çərçivəsində tərəflər elektron hökumət istiqamətində layihələr üzrə təcrübə mübadiləsini həyata keçirəcək, birgə forumlar, dəyirmi masalar təşkil edəcəklər.  

         AZİNNEX-in nümayəndə heyəti, həmçinin Özbəkistanın Maliyyə Nazirliyində, Mərkəzi Bankda, Dövlət Vergi Komitəsində, Mirzo Ulugbek İnnovasiya Mərkəzində, Dövlət-Özəl Tərəfdaşlığının İnkişafı Agentliyində görüşlər keçirmiş və türkdilli dövlətlərdən olan  sahibkarların iştirakı ilə keçirilən Türk Biznes və İnvestisiya Forumunda iştirak edib.

         Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Konsorsium informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasını və beynəlxalq bazarda təmsil olunmasını, onların İT məhsullarının satışını həyata keçirir.