ALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün yaradılmışdır.
Sistem kitabxana daxili prosesləri və kitabxana -oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Proqramın yazılması və quraşdırılmasında əsas məqsəd istənilən kitabxananın sistemə qoşulması və oxuculara göstərilən xidmətin daha operativ olunması, onlayn xidmətlərin yaradılması, kitabxananın daxili proseslərinin tam avtomatlaşdırılmasıdır.
Sistemin onlayn rejimdə çalışması, sistemə dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yaradır. Sistemdə kitabxananın bütün fəaliyyəti nəzərə alınıb.
Bura: kataloq düzəltmə, komplektləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatları aid etmək olar. Sistem həmçinin, unikal axtarış sistemi və müxtəlif çeşidli hesabatlara malikdir.
Tətbiq sahələri
- AMEA Mərkəzi Kitabxanası
- Azərbaycan Respublikasında 37 kitabxana
Sistemin üstünlükləri
- Ən son veb texnologiyalar əsasında qurulan vahid mərkəzləşdirilmiş sistem
- Bütün kitabxanaların öz səhifələrini yarada biləcəyi Vahid Mərkəzləşdirilmiş Portal
- Vahid oxucu bileti
- İstifadəçi üçün maksimum asan qurulan, istənilən dil üzrə lokallaşdırıla bilən rahat interfeys
- Milli simvolların tam dəstəklənməsi
- Kitabxana işinin avtomatlaşdırılması üçün qəbul olunmuş beynəlxalq MARC21 formatının tam dəstəklənməsi
- İstənilən növ sənəd və məlumat üzrə ətraflı axtarış sistemi
- Sistemin həm birbaşa internet üzərindən, həm də lokal istifadə oluna bilmə imkanı