RƏQƏMSAL XIDMƏTLƏR PLAFORMASI


GoldenPay şirkətinin yaratdığı Hesab.az rəqəmsal platforması istifadəçilərə bir çox xidmət və məhsulların veb və ya mobil tətbiqdə istifadə etməklə internet üzərindən əldə etməyinə imkan verir. Bugün bu ekosistemdə ödənişlər kart və pul cüzdanı vasitəsi ilə aparılsa da tezliklə bura mobil balansdan da ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. Hesab.az platformasında kommunal, rabitə, bank kreditlərinin ödənişləri, sığorta məhsullarının satışı, biletlərin bron edilməsi kimi xidmətlər mövcuddur və bu xidmətlər günü gündən artır. GoldenPay bu platformanı gələcəkdə tamami ilə rəgəmsal bir banka çevirməyi planlaşdırır. Bu platformanın eynisi tezliklə Bosniya və Herseqovinada tətbiq edilmək üzrədir və digər ölkələrdə də tətbiqi nəzərdə tutulmuşdur.