GOMAP VEB SAYTI

 

GoMap.az və GoMap.ge internet portalı

Həllin təyinatı

GoMap.az və GoMap.ge internet portalı SİNAM şirkəti tərəfindən əhali və turistlərin məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün yaradılıb.

Portal bir neçə sayt və internet xidmətini bir veb-portalda birləşdirir. O, eyni zamanda cari informasiyanın fərqli həllərə çatdırılması üçün internet xidmətləri də təmin edir.

Beş ildən artıqdır ki, portal istifadə olunur.

Həllin arxitekturası

SOA / Veb-xidmət / Kliyent-Server

Proqram təminatı:

  • MS Windows serveri;
  • Veb-proqram;
  • MS SQL serveri.

Bu modullar GoMap.Az və GoMap.ge portalında birləşdiriliblər:

  • “Info” modulu – Veb əsaslı istifadəçi interfeysi və müasir veb-brauzerlərlə işləmək imkanına malikdir. Sorğular üçün başqa modullardan istifadə edir.
  • Online Web Mapper – Onlayn xəritələrin idarə edilməsi üçün xəritə fraqmentini göstərir. Üçtərəfli həll üçün ayrıca xidmət kimi istifadə edilə bilər.
  • Analitik mətn axtarışı – Daxili verilənlər bazasında axtarış təmin edir. Üçtərəfli həll üçün ayrıca xidmət kimi istifadə edilə bilər.
  • Optimal marşrut göstəricisi – Qısa yolun effektiv axtarışını təmin edir. Üçtərəfli həll üçün ayrıca xidmət kimi istifadə edilə bilər.
  • GoMap iOS proqramı – GoMap.Az və GoMap.ge xidmətləri üçün mobil iOS kliyenti;
  • GoMap Android proqramı – GoMap.Az və GoMap.ge xidmətləri üçün mobil Android kliyenti;
  • GoMap Mobile – İnternet əsaslı mobil istifadəçi interfeysi və mobil veb-brauzerlərlə işləmək imkanı təmin edir.
  • GoMap Travel – Səfərlərin planlaşdırılması üçün mobil iOS proqramı;
  • GoGuide – Yaxınlıqdakı obyektlərin tapılması və onlar haqqında məlumatların əldə edilməsi üçün iOS və Android proqramı.