AVİS

 
  1. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS).

Məqsəd:

·       İnformasiya sisteminin yaradılması, daxil olan vəsaitlərə əsasən büdcənin vaxtında formalaşdırılması, vergilərin qəbul edilməsi ilə əlaqədar bütün proseslərin dəqiq şəkildə həyata keçirilməsi və vizualizasiyası, bütün səviyyələrdə informasiyanın strukturlaşdırılması.

·       Nazirliyin bütün struktur bölmələrində vahid informasiya bazasının yaradılması, bu resursların etibarlı şəkildə saxlanılmasının və təhlükəsiz istifadəsinin təmin edilməsi.

·       Yerlərdə nazirliyin struktur bölmələrinin avtomatlaşdırılması.

·       Hökumət qurumları ilə inteqrasiya və zəruri informasiya mübadiləsi imkanı.

Alt sistemlər  modullar:

  • Elektron sənəd dövriyyəsi sistemi modulu nazirlikdə sənədləşdirmə prosesinin bütün növlərinin, həmçinin qeydiyyat, icra, yekunlaşdırma və s. kimi proseslərin həyata keçirilməsinə imkan verir.
  • Vergi ödəyicilərinin qeydiyyatı modulu. Bu modul vergi ödəyicilərinin qeydiyyatı və fəaliyyətinə xitam verilməsi ilə  əlaqədar bütün proseslərin tam şəkildə avtomatlaşdırılmasını təmin edir.
  • Vergi bəyannamələrinin qəbul edilməsi və kameral yoxlanılması modulu. Bu modul bütün zəruri hesabatların təqdim edilməsi ilə, vergi bəyannamələrinin qəbulu, qeydiyyatı, monitorinqi və kameral yoxlanılması proseslərini əhatə edir.
  • Daxil olan vergilərin uçotu modulu – bu sistem bank hesabı çıxarışlarının, vergi bəyannamələrinin istənilən formatda qəbul edilməsinə və avtomatik olaraq vergi ödəyicilərinin hesablarına paylanmasına imkan verir.
  • Vergi ödəyicilərinin tabellərinin hesablanması modulu - Bu sistem kameral və sənədli yoxlamalara əsasən maliyyə sanksiyaları nəticəsində büdcəyə daxil olacaq məbləği müəyyən edir. Burada pensiya və balans məbləğləri avtomatik olaraq hesablanır, həmçinin bir sıra digər funksiyalar da mövcuddur.
  • "Vergi ödəyicisinin şəxsi işi" modulu. Sistem bu prosesi tam şəkildə avtomatlaşdırır və prosesin vergi ödəyiciləri üçün şəffaf və aydın olmasını təmin edir.
  • Vergi hesab-fakturası modulu hesab-fakturaların uçotu, həmçinin bu prosesin tam monitorinqi və nəzarətdə saxlanılması üçün alt sistemdir.
  • “İnzibati cərimələr sistemi” – bu alt sistem vasitəsilə Vergilər Nazirliyinin əməkdaşları inzibati sənədləşdirmə prosesini, həmçinin sanksiyaların tətbiqi üzrə avtomatlaşdırılmış prosesi düzgün qaydada yerinə yetirirlər. Eləcə də, bu alt sistemdə məlumat və proseslərə dair hesabatlar hazırlanır.
  • "Vergi borcunun ləğv edilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlərin nəticələrinin uçotu" modulu. Bu sistem vasitəsilə borcluların siyahısı hazırlanır, borclar üzrə sanksiyalar qeydiyyata alınır, əmlakın müsadirəsi həyata keçirilir, həmçinin vergi borcunun ləğv edilməsi ilə əlaqədar digər sanksiyalar avtomatik qaydada tətbiq olunur. Bu alt sistemdə həyata keçirilən proseslərə və məlumatlara dair tam hesabat verilir.
  • "Operativ vergi yoxlamasının nəticələrinin uçotu" modulu – operativ vergi yoxlamaları alt sistemi nəticələrin vahid informasiya bazasında əlverişli şəkildə qeydiyyatını təmin edir və ehtiyac olarsa, tələb olunan kateqoriya üzrə bütün mümkün hesabatları üzə çıxarır.
  • "Vergi pozuntularının müəyyən edilməsi üçün yerlərdə aparılan yoxlamaların və araşdırma nəticələrinin uçotu" modul yerlərdə yoxlamaların aparılmasına, vergi ödəyicilərinin müəyyən edilməsinə, yoxlamaların təyin edilməsinə və nəticələrin qeydiyyata alınmasına imkan verir.
  • "Vergi orqanlarının və əməkdaşlarının fəaliyyətinin dəyərləndirilməsi " modulu iş fəaliyyətinin dəyərləndirilməsi alt sistemidir və tək bir işçinin, həmçinin bütövlükdə struktur bölmənin iş keyfiyyətinin qiymətləndirilməsinə tam imkan verir.
  • "Vergi ödəyiciləri üçün xidmətlər" modulu – bu alt sistem vergi ödəyiciləri üçün göstərilən xidmətlərin nəticələrinin qeydiyyatının avtomatlaşdırılması üçün nəzərdə tutulur.
  • "İnternet xidməti" modulu – internet vasitəsilə təmin edilən xidmətlər üçün digər hökumət orqanları ilə inteqrasiya nəticəsində yaradılmışdır.
  • Elektron ünvanlar modulu – "Bank hesabının açılması üçün şəhadətinamənin dublikatının əldə edilməsi" və "Vergi ödəyicisinin qeydiyyat üçün ƏDV-si". Vergi ödəyiciləri üçün bu sənədlər onlayn qaydada təqdim edilir və sistemdə qeydiyyata alınır.
  • Elektron Personal modulu insan resurslarının idarə olunması üzrə bütün işlərin planlaşdırılması və yerinə yetirilməsi üçün nəzərdə tutulur.
  • Maliyyə və İqtisadi modul alt sistemində bütün maliyyə və iqtisadi fəaliyyətlər avtomatlaşdırılır və həyata keçirilən bütün proseslər qeydiyyata alınır.
  • Hesab modulu – Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hesabın avtomatlaşdırılması üçün nəzərdə tutulur.
  • Analiz modulu – mövcud məlumatların kompleks analizinə əsasən gözlənilən məlumatların çıxarılması.
  • Proqnozlaşdırma modulu aşağıda sadalanan müxtəlif növ proqnozların yaradılması üçün alt sistemdir: xətti, dinamik, imitasiya, ekometrik balans modelləri, mövsümi kənarlaşmaların nəzərə alınması və s.
  • "Hesabatlar və linklər" modulu bütün hesabatlara və sənədlərə daxil olmaq imkanı verir.
  • "Vergi cinayətlərinin ilkin istintaqı və sorğu" modulu – bu alt sistem vergi cinayətləri ilə əlaqədar bütün məsələlərin araşdırılması prosesini təqib etməyə imkan verir.
  • Vergilər Nazirliyinin informasiya sisteminin digər dövlət qurumları ilə inteqrasiyası.
  • "Vergi ödəyicisinin maliyyə vəziyyətinin analizi" modulunda vergi ödəyiciləri müxtəlif meyarlar üzrə qruplaşdırılır və zəruri informasiya təqdim edilir.
  • Məhkəmə işləri
  • Hüquqi dəstək
  • Daxili təhlükəsizlik
  • ƏDV depozit hesabının uçotu
  • Tədris
  • Atestasiya
  • Nəzarətli buraxılış
  • Anbar modulu
  • Öhdəlik
  • Məlumat bürosu modulu
  • ASAN imza ilə inteqrasiya
  • Elektron kitabxana
  • Rəsmi yazışma sistemi
  • Elektron araşdırmalar
  • İş üçün onlayn müraciət sistemi
  • SMS sistemi ilə inteqrasiya
  • Sertifikatlaşdırma Mərkəzi üçün proqram təminatı dəstəyi
  • Səhvlərin təqib edilməsi sistemi
  • Monitorinq sistemlərinin yaradılması
  • Mərkəzləşmiş qeydiyyat sisteminin yaradılması