DƏQKİS

 

Daşınmaz Əmlakın QeydiyyatıKadastr  İdarəetmə Sistemi (DƏQKİS)

Azərbaycan hökuməti Dünya Bankının dəstəyi ilə Azərbaycanda "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsini" həyata keçirmişdir. Layihənin məqsədi daşınmaz əmlakın qeydiyyatı üçün etibarlı, həffaf və səmərəli sistemin yaradılması olmuşdur. Həmin sistem daşınmaz əmlak bazarını dəstəkləməli və dövlətə məxsus daşınmaz əmlakın idarə olunması və istifadəsi üçün uyğun olmalıdır.

Layihənin komponentlərindən biri Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarəetmə Sisteminin (DƏQKİS) yaradılması olmuşdur. Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarəetmə Sistemi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) bütün iş proseslərini əhatə edir.

Layihənin (Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi) ümumi məqsədi özəl sektorda daşınmaz əmlak bazarını dəstəkləyən və dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi və istifadəsi üçün uyğun olan daşınmaz əmlakın qeydiyyatı üzrə etibarlı, həffaf və səmərəli sistemin yaradılması olmuşdur.

Yeni İT sistem ölkədəki mövcud qanunlar, siyasi, tarixi və mədəni şərait, həmçinin daşınmaz əmlakın qeydiyyatı və kadastr üzrə müasir sistem nəzərə alınmaqla, Korporativ Daşınmaz Əmlakın İdarə Olunması konsepsiyalarına imkan yaradacaq.

Tapşırığın bu hissəsinin konkret məqsədi layihənin ümumi vəzifələrini dəstəkləyən sistemin layihələndirilməsindən, işlənib hazırlanmasından və həyata keçirilməsindən ibarət olmuşdur və aşağıdakı kimi ümumiləşdirilə bilər:

  • Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarəetmə Sisteminin işlənib hazırlanması
  • İnzibati sistemlərin və xidmətlərin icrasının təkmilləşdirilməsi
  • ƏMDK-də qeydiyyat və idarəetmə proseslərinin inteqrasiyasını sürətləndirmək üçün dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi proseslərinin yenidən işlənib hazırlanması və təkmilləşdirilməsi.
  • Beynəlxalq standartlara əsasən, inteqrasiya olunmuş vahid məlumat modelinin istifadə edilməsi ilə, mərkəzi, regional və yerli ofislər üçün dövlət əmlakının səmərəli şəkildə idarə olunmasını, o cümlədən qeydiyyatını dəstəkləyən sistemin yaradılması.
  • Özəl, bələdiyyə və dövlət əmlakının qeydiyyatı və kadastrın inteqrasiyasını sürətləndirmək üçün daşınmaz əmlakının idarə olunması və özəlləşdirilməsi proseslərinin yenidən işlənib hazırlanması və təkmilləşdirilməsi
  • Beynəlxalq məkan standartlarına əsasən, inteqrasiya olunmuş vahid geometrik və təsviri (deskriptiv) məlumat modelinin istifadə edilməsi ilə, mərkəzi, regional və yerli ofislər üçün daşınmaz əmlakın səmərəli şəkildə idarə olunmasını və kadastrı dəstəkləyən sistemin yaradılması.
  • Azərbaycan Respublikasında məlumatların tələb edilməsi/qəbul edilməsi, mübadiləsi və təqdim edilməsi üçün əlaqədar şəxslərin nəzarətli interfeyslər və DƏQKİS xidmətləri vasitəsilə mərkəzi məlumat bazasına universal internet çıxışının təmin edilməsi.
  • Avadanlıqlar, şəbəkə, alətlər (hamısı ayrıca tender yolu ilə alınmaqla), məlumat bazası, göstəricilər və proqram təminatı ilə əlaqədar təkmilləşmiş mühafizə qurumunun (Məlumat Mərkəzi) yaradılması. Bu, ƏMDK üçün vahid Məlumat Mərkəzi olmalıdır.

Dövlət əmlakının qeydiyyatı və idarə olunması, həmçinin qeydiyyat və kadastr sistemləri ilə işləmək üçün istifadəçi dəstəyi sisteminin yaradılması. Bunun üçün məlumat bürosu və təlim qrupu yaradılır və təlimatlandırılır ki, bu qrup da biliklərin və məsələlərin idarə olunması sisteminə əsasən fəaliyyət göstərir (Məlumat Mərkəzinin tərkib hissəsi).