E-HESABAT

e-Hesabat (eHP) proqramı əsasən iri vergi ödəyiciləri və elektron vergi hesab-fakturalar ilə  daha çox əməliyyatlar aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. Çoxlu sayda filiallı (obyektli) olan korporativ tipli təşkilatlar da bu proqramın köməkliyilə vergi ilə bağlı hesabatlarını  tez, asan və optimal surətdə hazırlayıb İnternet Vergi İdarəsinə göndərə bilərlər.
 

eHP proqramında aşağıdakı əməliyyatları yerinə yetirmək mümkündür:
 

  • elektron bəyannamələr hazırlamaq
  • elektron vergi hesab-fakturaları (e-VHF) tərtib etmək
  • elektron vergi hesab-fakturaları əvəzləşdirmək
  • hesabat-axtarış əməliyyatlarını yerinə yetirmək
  • e-VHF'lərdən ibarət üzünmüddətli arxiv yaratmaq
  • müxtəlif meyarlara görə hesabatlar hazırlamaq
  • məlumatları İnternet Vergi İdarəsinə göndərmək
  • təşkilatın filiallarının (obyektlərinin) istifadəçi adlarını idarə etmək
  • filialların (obyektlərin) icazə hüquqlarını təyin etmək və s.


eHP proqramdan istifadə etmək üçün ilk öncə vergi orqanında qeydiyyatdan keçmək, istifadəçi adına və parola malik olmaq, sonra isə proqramı təşkilatın bas idarəsində (ofisində) və onun filiallarında (obyektlərində) qurmaq lazımdır.

 

Baş idarənin serverində qurulan eHP proqramı geniş imkanlara və idarəetmə hüquqlarına malikdir. Məhz bunun sayəsində təşkilatın baş mühasibi
 

  • bütün filiallarda (obyektlərdə) hazırlanmış bəyannamə və fakturalara nəzarət edir və zərurət olarsa, onlarda düzəlişlər edə bilir
  • məlumatları İnternet Vergi İdarəsinə göndərir və qəbul edir
  • filialların (obyektlərin ) istifadəçi adlarını və onların icazə hüquqlarını idarə edir
  • müxtəlif növ hesabatlar əldə edə bilir


Təşkilatın filiallarında (obyektlərində) qurulan eHP proqramı isə əvvəlcə təkilatın baş mühasibi tərəfindən nizamlanmalıdır. Çünki, filiallarda eHP-nin kliyent variantı ilə işləyən mühasiblər yalnız öz filiallarına aid e-VHF'ləri emal etməli və digər filialların məlumatlarını görməməlidirlər. Baş mühasib bundan başqa hər bir konkret filialda işləyən istifadəçilərin siyahısını da təyin edir. Bundan sonra filialların mühasibləri eHP proqramı ilə aşağıdakı işləri görə bilirlər:
 

  • elektron vergi hesab-fakturaları hazırlayırlar
  • elektron vergi hesab-fakturaları əvəzləşdirirlər
  • müxtəlif növ hesabatlar əldə edə bilirlər
  • eHP proqramının müsbət xüsusiyyətləri


1. Təşkilatın hər bir filialının (obyektinin) ona məxsus e-VHF'ləri həmin filialın (obyektin) özündə hazırlanır. Bu isə,məlumatların dəqiqliyinə,işçi qüvvəsinin düzgün bölüşdürülməsinə,çoxlu sayda fakturaların tez, operativ şəkildə hazırlanmasına səbəb olur


2. Məlumatların İnternet Vergi İdarəsinə ötürülməsi və qəbul edilməsi baş mühasib tərəfindən həyata keçirilir. Bu o deməkdir ki,bu iş yuxarı orqan tərəfindən nəzarət edilir, məlumatlar bir daha yoxlanılır


3.  eHP proqramı "nüsxə yaratma" əməliyyatına malikdir. Bu əməliyyat vasitəsilə ixtiyarı sayda nüsxə yaradaraq onun üzərində dəyişiklik etməklə yeni faktura yaratmaq mümkündür. Nəticədə
 

  • faktura tərtibatı işi sürətələnir və asanlaşır
  • səhv daxil etmə əməliyyatı minimuma endirilir


4. Əvəzləşməyə təqdim oluna bilən e-VHF'lərin siyahısı avtomatik yaradılır. Yəni, ay ərzində alınmış VHF'lər və ödənilmiş ƏDV məbləğləri əsasında ilkin əvəzləşmə əlavəsinin ilkin variantı hazırlanır. Sonra isə istifadəçi tərəfindən redaktə olunur və göndərilir.
 

5. Proqram onlayn rejimdə işləyir
 

6. e-VHF'lərin arxiv bazası yaradılır
 

7. Filiallar(obyektlər) üzrə iş bölgüsü həyata keçirilir
 

8. Geniş axtarış sisteminə malikdir
 

9. Mühasibat uçotu proqramları ilə inteqrasiya imkanı reallaşır
 

10. Paketləmə əməliyyatı tələb olunmur
 

11. Proqram tez, asan qavranılan, sadə vizual istıfadəçi interfeysinə malikdir
 

12.Yüksək səviyyədə dizaynla hazırlanmışdır
 

13.Əməliyyatlar menyu, kontekst menyu və komanda düymələri vasitəsilə həyata keçirilir
 

  • eHP proqramı müəyyən meyarlara görə hesabatlar yaratmağa imkan verir:
  • daxil olan & göndərilən e-VHF'lərin hesabatı
  • tarix intervalına görə e-VHF'lərin hesabatı
  • əvəzləşdirilən & əvəzləşdirilməyən e-VHF'lərin hesabatı
  • obyektlər üzrə e-VHF'lərin hesabatı
  • verilən dövrlərə uyğun e-Bəyannamələrin hesabatı
  • təşkilatın e-VHF & e-Bəyannamə üzrə yekun hesabatı və s.