BestComp Group

https://bestcomp.net/az/
 

1995-ci ildə yaradılmış BestComp Group şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir. Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group-un fəaliyyəti distribüsiya, layihə həlləri, kommunikasiya, şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir.

Şirkətin Gürcüstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda biznes tərəfdaşları vardır. Gürcüstanda BestComp Georgia birgə müəssisəsini yaratmaqla, BestComp Group beynəlxalq bazarda fəaliyyətini daha da genişləndirdi. Bu gün BestComp Group Azərbaycanla yanaşı, Gürcüstanda və Orta Asiya respublikalarında müxtəlif İKT layihələrinin icrasında iştirak edir.

Şirkət ABŞ-ın Azərbaycandakı ticarət palatasının üzvüdür.

Şirkəti fərqləndirən xüsusiyyətlər: yüksək ixtisaslı mütəxəssislərə malik olması, təklif olunan mütərəqqi texnologiya və həllər, müştəri tələblərinə peşəkar və məsuliyyətli yanaşma, təqdim olunan xidmətlərin yüksək keyfiyyətidir. Sistem inteqratoru olan BestComp Group-un təklif etdiyi həllər optimallığı ilə fərqlənir. Bu xüsusiyyətlər şirkətin müxtəlif iri layihələrdə müvəffəqiyyətlə iştirakını təmin edir.

Tel.: (+99412) 541 4747
Fax.: (+99412) 493 4161
Ünvan: Aşıq Alı küç., 2A 
AZ1072, Bakı, Azərbaycan

Rauf Həsənov
Müşahidə şurasının üzvü