Ultra Technologies

http://ultra.az/front/az
 

“Ultra Technologies” şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın İT bazarının qabaqcıl şirkətlərindən biri olan “Ultra Technologies” “Microsoft”, “Hewlett Packard Enterprise”, “Cisco”, IBM kimi dünyanın məşhur korporasiyalarının, həmçinin, İnformasiya Texnologiyaları (İT) sənayesi üzrə dünyanın iyirmidən çox digər lider şirkətinin rəsmi tərəfdaşı statusuna malikdir. 

Hazırda İT sahəsi üzrə regional liderlərdən biri olan “Ultra Technologies”, müxtəlif ölçülü həm lokal, həm də regional səviyyəli layihələrin həyata keçirilməsi üzrə geniş təcrübəyə malikdir. Şirkət, region iqtisadiyyatının demək olar ki, bütün sahələri, o cümlədən, telekommunikasiya, sənaye, maliyyə, səhiyyə, nəqliyyat, sığorta, təhsil, kənd təsərrüfatı, ticarət, tikinti və s. üzrə ixtisaslaşmışdır. Şirkətimiz bazarın müxtəlif seqmentlərində fəaliyyət göstərək sifarişçi tələbləri üzrə proqram həllərinin yaradılması, İKT-outsorsinq, o cümlədən, İT üzrə konsultasiya xidmətləri kimi yeni nəsil İT həllər təqdim edir.


Ünvan: Aşıq Molla Cuma küç. 60, AZ1075, Bakı/Azərbaycan.

Əlaqə nömrəsi: (+994 12) 449 55 55

Email: Info@ultra.az
 
Məhəmməd Zülfüqarlı
Müşahidə şurasının üzvü