2004-cü ildən fəaliyyətə başlayaraq bu müddət ərzində Azərbaycanda elektron hökumətin qurulması, dövlət xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin təmin olunması sahəsində böyük rol oynamış “Cybernet” MMC hökumət və kommersiya qurumlarına informasiya texnologiyalarının (İT) tətbiqi, eləcə də proqram təminatlarının yaradılması istiqamətində xidmət və həllər təklif edən aparıcı şirkətlərdən biridir. Şirkətin əsas hədəfi Azərbaycanla yanaşı Mərkəzi Asiyada və digər ölkələrdə İT həlləri üzrə ən böyük tərəfdaşa çevrilməkdir. Cybernet şirkəti indiyə qədər Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda və Tacikistanda və digər ölkələrdə olmaqla 85-dən artıq layihəni uğurla yerinə yetirmişdir. Oracle şirkətinin “Qızıl” partnyoru olan şirkət əsasən, proqram təminatlarının inkişafı, sistem arxitekturalarının modelləşdirilməsi və İT infrastrukturunun qurulması ilə məşğul olur. “Cybernet” MMC hökumət qurumlarına, banklara, telekommunikasiya təşkilatlarına, biznes subyektlərinə innovativ proqram təminatları və mükəmməl tətbiqlər, təkmilləşdirmə, texniki dəstək və inteqrasiya xidmətləri təklif edir.
Şirkətin uğur sirri komandasının ən yüksək səviyyəli peşəkarlardan formalaşmasıdır. Hazırda şirkətin 110-dan artıq mütəxəssisinin 45-dən çoxu ən mürəkkəb biznes sistemlərinin, informasiya-kommunikasiya üzrə texniki həllərin yaradılması, inkişafı və dəstəklənməsi hüququ verən beynəlxalq sertifikatlara malikdir.
Şirkətin əsas missiyası həm özəl, həm də dövlət qurumları üçün müasir informasiya texnologiyalarını təmin etmək, maliyyə qurumlarının, yerli və beynəlxalq şirkətlərin biznes proseslərini mükəmməl İT həllərinin tətbiqi ilə inkişaf etdirməkdir.
Yerli və xarici qurumlar “Cybernet” MMC-nin kompleks proqram təminatı məhsullarının tətbiqi və inkişafı sahəsindəki fəaliyyəti ilə yaxından tanışdırlar. Şirkət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin fəaliyyətinin bütün sahələrini əhatə edən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi AVİS layihəsini uğurla istifadəyə vermiş və hal-hazırda inkişaf etdirməkdə davam edir. Cybernet şirkəti həmçinin, 2008-ci ildə hüquqi şəxslər üzrə dövlət qeydiyyatı “Bir pəncərə” layihəsini də həyata keçirmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə tərəfdaşlıq və Dünya Bankının layihəsi çərçivəsində şirkət Komitə üçün Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastr və İdarəetmə sistemi layihəsini də uğurla yerinə yetirmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üçün “Elektron Sənəd dövriyyəsi” Sisteminin və İnsan resurslarının idarə edilməsi modulunun yaradılması və tətbiqi layihəsini də məhz Cybernet şirkəti yerinə yetirmişdir. Şirkət həmçinin Tacikistan Vergilər Komitəsində “Onlayn kassa” layihəsini uğurla həyata keçirmiş, həmçinin Dünya Bankının layihəsi çərçivəsində Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi üçün işləyib hazırladığı müstəqil imtahanların keçirilməsini təmin edən inteqrə olunmuş informasiya sistemini uğurla təhvil vermişdir.
Şirkət malik olduğu ISO-9001-2015 Keyfiyyət İdarəetmə Sistemi və ISO/IEC 20000-1:2011 İT üzrə xidmətlərin idarə edilməsi sertifikatları ilə öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdıraraq, müştərilərinə keyfiyyətli İT xidmətləri təqdim edir.
Şirkət 2007-ci ildə “İntellekt” mükafatına layiq görülmüş, yeddi əməkdaşı 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vergilər Nazirliyinin “Yubiley medalı” ilə təltif olunmuş, 2013-cü ildə isə “Cybernet” MMC elektron xidmət və layihələrinə görə “İlin İT şirkəti” seçilmişdir.
Azərbaycan Respublikası,
Bakı şəhəri, AZ1025
S. Vəzirov küç., 22
Tel:(+994 12) 464-22-25
Faks:(+994 12) 464-22-26
Email:office@cybernet.az