1994-cü ildə təsis edilmiş SİNAM MMC Cənubi Qafqaz və Mərzkəzi Asiya regionunda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətidir. Elektron hökumət həllərinin provayderi və sistem inteqratoru kimi tanınan SİNAM şirkəti aparat və proqram təminatı komplekslərindən tutmuş İT konsaltinq, dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir.

Oracle, HP, Microsoft, OpenText, IBM və SAP kimi sənaye liderləri ilə uzunmüddətli əməkdaşlıq quran şirkət, dövlət idarəetmə sistemində, korporativ və bank sektorlarında yüksək texnologiyalı həlləri tətbiq etməklə bir çox infrastruktur layihələrini həyata keçirmişdir.

SINAM-ın fəaliyyət sahəsinə Azərbaycan, Qırğızıstan, Rusiya Federasiyası, Gürcüstan, Tacikistan, BƏƏ, Türkiyə, ABŞ, İraq, Əfqanıstan, Serbiya, Almaniya, Böyük Britaniya, Tanzaniya, Uqanda və Nigeriya kimi ölkələr daxildir. Bu gün müxtəlif ölkədən 15 milyondan çox insan SINAM-ın həllərini istifadə edirlər.

SINAM geniş miqyaslı e-Hökumət həlləri təklif edir, o cümlədən:

  • SPKIS – Elektron İmza Həlləri Sistemi
  • ITAS – İnteqrasiya Olunmuş Vergi İdarəetmə Sistemi
  • SİNAM Müəssisə Resurslarının İdarə edilməsi Sistemi
  • TIMS – Xəzinədarlıq İnformasiya İdarəetmə Sistemi
  • SESDA – Elektron Sənəd Dövriyyəsi Sistemi və Arxiv
  • SAGIS – SİNAM Qabaqcıl Coğrafi İnformasiya sistemi  
  • Verilənlər Anbarı və Analitik Hesabatlılıq Sistemi
  • EBPM – Hesabların Elektron Ödəniş Sistemi
  • E-Viza Sistemi


Ünvan: B. Vahabzadə küç. 68, AZ1141, Bakı, Azərbaycan.
Telefon: (+99 412) 510 11 00 (8 xətt) 
Faks: (+99 412) 497 51 96
E-mail: office@sinam.net
Elçİn Əliyev
Müşahidə şurasının üzvü